Modern.az

Azərbaycanın daha bir güləşçisi finalda

Azərbaycanın daha bir güləşçisi finalda

İdman

20 May 2024, 19:17

Azərbaycan güləşçisi Xasay Həsənli Bakıda keçirilən U-23 Avropa çempionatında finala yüksəlib.

 

Modern.az xəbər verir ki, 77 kiloqramda mübarizə aparan idmançı yarımfinalda rumıniyalı Aleksandrin Qutu ilə üz-üzə gəlib. Rəqibinə 7:0 hesabı ilə qalib gələn X. Həsənli adını finala yazdırıb.

 

Daha əvvəl Ziya Babaşov (63 kiloqram) İsrail təmsilçisi Abere Feteneyə qalib gələrək finala vəsiqə qazanıb. 55 kiloqramda mübarizə aparan Rəşad Məmmədov isə gürcüstanlı Giorgi Toxadzeyə məğlub olaraq həlledici mərhələyə yüksələ bilməyib.

 

Qeyd edək ki, Avropa çempionatı mayın 24-də başa çatacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi