Modern.az

11 ildən sonra... - Nazir Hidayəti təbrik etdi

11 ildən sonra... - Nazir Hidayəti təbrik etdi

İdman

20 May 2024, 22:41

Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev cüdoçumuz Hidayət Heydərovu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatının qalibi olması münasibətilə təbrik edib.

 

Modern.az xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında yazıb.

 

"Əbu-Dabi şəhərində keçirilən cüdo üzrə dünya çempionatında Hidayət Heydərov 11 ildən sonra ölkəmizə yenidən qızıl medal qazandırıb.

 

İdmançımızı bu əlamətdar nailiyyət münasibətilə təbrik edirəm!" - nazir qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi