Modern.az

“Pley-off” oyunlarının vaxtı məlum oldu: “Difai Ağsu” – “Cəbrayıl” 

“Pley-off” oyunlarının vaxtı məlum oldu: “Difai Ağsu” – “Cəbrayıl” 

İdman

22 May 2024, 12:12

Futbol üzrə Azərbaycan çempionatının I, II və Region Liqasında “pley-off” oyunlarının vaxtı məlum olub.

Modern.az xəbər verir ki, Peşəkar Futbol Liqasının məlumatına əsasən, “pley-off”un ilk oyunları mayın 28-29-na təsadüf edəcək.

Cavab qarşılaşmaları isə iyunun 4-5-də oynanılacaq.

2024/2025 mövsümündə I Liqaya vəsiqə uğrunda cari mövsüm I Liqada 9-cu yeri tutmuş klubla II Liqada 2-ci olmuş və II Liqada çıxış etmək üçün cari mövsüm II Liqada 13-cü yeri tutan komanda ilə AFFA Region Liqasının finalçısı “pley-off” matçlarında üz-üzə gələcəklər.

Bununla əlaqədar mayın 25-i saat 15:00-da AFFA-nın inzibati binasında iddiaçı klubların təmsilçiləri ilə görüş keçiriləcək, “pley-off” mərhələlərinin püşkü atılacaq, eləcə də oyunların keçirilməsi detalları müzakirə olunacaq.


Qeyd edək ki, “pley-off” oyunlarından biri I Liqada 9-cu yeri tutmuş “Difai Ağsu” klubu II Liqada 2-ci yeri tutmuş “Cəbrayıl” klubu arasında keçiriləcək. Bu komandalar ev və səfər oyunları olmaqla iki matç keçirəcəklər. İki oyunun nəticəsinə görə qalib gələn klub I Liqada çıxış etmək hüququ qazanacaq, uduzan klub isə II Liqada oynayacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi