Modern.az

UEFA qərar verdi: AvroLiqanın finalı İstanbulda keçiriləcək - 2026-da

UEFA qərar verdi: AvroLiqanın finalı İstanbulda keçiriləcək - 2026-da

İdman

22 May 2024, 16:27

2025/26 mövsüm Çempionlar Liqasının finalına ev sahibliyi edəcək şəhər müəyyənləşib. 

Modern.az xəbər verir ki, bu barədə UEFA-nın saytına ibildirilib.

Belə ki, bu şəhər Macarıstanın paytaxtı Budapeşt olacaq. Oyun “Puşkas Arena”da keçiriləcək. Bununla bağlı qərar UEFA İcraiyyə Komitəsinin Dublində təşkil olunan bugünkü iclasında qəbul olunub.

Həmçinin qeyd olunur ki, Çempionlar Liqasının 2026/2027-ci il mövsümünün final oyununun yeri ilə bağlı qərar isə sentyabr ayına qədər təxirə salınıb. Həmin vaxta qədər Milandakı (İtaliya) "San Siro" stadionunun yenidən qurulması planları UEFA-ya təqdim edilməlidir.

Bundan başqa, 2026-cı ildə Avropa Liqasının finalı İstanbulda ("Beşiktaş Park"), 2027-ci ildə isə Frankfurtda ("Doyçe Bank Park") keçiriləcək.

Konfrans Liqasının finalı isə 2026-cı ildə "Leyptsiq RB Arena"da (Almaniya), 2027-ci ildə isə İstanbulda ("Beşiktaş Park") olacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi