Modern.az

Türkiyə kubokunun sahibi BƏLLİ OLDU

Türkiyə kubokunun sahibi BƏLLİ OLDU

İdman

24 May 2024, 00:47

Futbol üzrə Türkiyə Kubokunun qalibi bəlli olub.

 

Modern.az xəbər verir ki, həlledici oyunda "Beşiktaş" və "Trabzonspor" komandaları üz-üzə gəlib.

 

"Atatürk" Olimpiya Stadionunda baş tutan görüş İstanbul nəhənginin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Hesabı 13-cü dəqiqədə qonaqların heyətində Paul Onuaçu açıb. "Qara qartallar" Raşid Qezzalla 45+3-cü dəqiqədə penaltidən bərabərlik qoluna imza atıb. 54-cü dəqiqədə Salih Uçan İstanbul klubunu önə keçirib.

 

Nikolas Pepe 89-cu dəqiqədə hesabı bərabərləşdirsə də, "qara qartallar"a kuboku qazandıran qələbə topunu 90+4-cü dəqiqədə Əl-Musrati vurub.

 

Bununla da "Beşiktaş" 11-ci dəfə Türkiyə Kubokunun sahibi olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?