Modern.az

Voleybolçularımız Qızıl Avropa Liqasında növbəti matçlarına çıxacaq

Voleybolçularımız Qızıl Avropa Liqasında növbəti matçlarına çıxacaq

İdman

24 May 2024, 09:27

Bu gün Azərbaycanın voleybol milliləri Qızıl Avropa Liqasında növbəti oyunlarını keçirəcəklər.

Modern.az-ın məlumatına görə, qadınlardan ibarət yığma II turun ilk matçında Rumıniya kollektivi ilə üz-üzə gələcək.

Rumıniyadakı qarşılaşma Bakı vaxtı ilə saat 17:30-da start götürəcək. Faiq Qarayevin rəhbərlik etdiyi komanda ilk turda Xorvatiyaya qalib gəlib (3:0), Slovakiyaya (1:3) məğlub olub.

Kişilər isə II turun ilk görüşündə Belçikanın qonağı olacaq. Matç saat 19:30-da başlayacaq. Fərid Cəlalovun rəhbərlik etdiyi milli Bakıda təşkil olunan I turda Rumıniya və Ukraynaya eyni hesabla yenilib - 0:3.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi