Modern.az

Dünya çempionumuz Vətənə döndü - FOTO

Dünya çempionumuz Vətənə döndü - FOTO

İdman

24 May 2024, 11:08

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatında qızıl medal qazanan Azərbaycan cüdoçusu Zelim Kotsoyev (100 kiloqram) Vətənə dönüb.

 

Modern.az xəbər verir ki, cüdoçunu Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Cüdo Federasiyasının nümayəndələri, media mənsubları, azarkeşlər və idmançının yaxınları qarşılayıblar.

 

Z. Kotsoyev dünya çempionatında qazandığı nəticə ilə "Paris-2024" Yay Olimpiya Oyunlarına öz çəki dərəcəsində reytinq cədvəlinin lideri olaraq yollanacaq.

 

Qeyd edək ki, dünya çempionatına bu gün yekun vurulacaq. Azərbaycanın 11 cüdoçu ilə təmsil olunduğu yarışda ölkəmiz iki qızıl medal qazanıb. Zelim Kotsoyevdən öncə Hidayət Heydərov (73 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi