Modern.az

Gürcüstan millisinin sabiq kapitanı Avropa çempionatında oynamayacaq

Gürcüstan millisinin sabiq kapitanı Avropa çempionatında oynamayacaq

İdman

24 May 2024, 12:58

Gürcüstan millisinin sabiq kapitanı, yarımmüdafiəçi Java Kankava 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatının oyunlarında iştirak etməyəcək.

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, Kankava bunu açıqlamasında qeyd edib.

 

"Mart oyunlarından sonra qərar verdim: milli komanda çağırsa, Avropa çempionatına futbolçu kimi yox, sıradan bir azarkeş kimi gedəcəyəm", - futbolçu söyləyib.

 

O, qərarını heç bir şəkildə izah etməyib, etimada görə məşqçilər korpusuna təşəkkür edib və Gürcüstan millisinə uğurlar arzulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi