Modern.az

Xavi "Barselona"dan getdi

Xavi

İdman

24 May 2024, 16:14

La Liqa təmsilçilərindən "Barselona" mövsümün sonunda baş məşqçisi Xavi Hernandezlə yollarını ayıracaq.

 

Modern.az xəbər verir ki, bu barədə Kataloniya klubunun rəsmi saytı məlumat yayıb.

 

Klub prezidenti Xuan Laporta 2024/2025 mövsümündə Xavinin əsas komandanın baş məşqçisi olmayacağını bildirib.

 

Xatırladaq ki, 44 yaşlı ispan 2021-ci ilin noyabr ayından etibarən İspaniya nəhəngini çalışdırır.

 

Qeyd edək ki, Xavi mayın 26-da "Sevilya" ilə səfər matçından sonra postunu tərk edəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?