Modern.az

PFL-dən Difai Ağsu” - “Cəbrayıl” oyunu barədə AÇIQLAMA

PFL-dən “Difai Ağsu” - “Cəbrayıl” oyunu barədə AÇIQLAMA

İdman

24 May 2024, 17:00

2024/25 mövsümündə Azərbaycan I Liqasında çıxış etmək uğrunda keçiriləcək pley-off oyunları ilə bağlı hələlik qəra verilməyib.


Modern.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) məlumat yayıb.
 

Qurumun yaydığı açqıalmada bildirilib:

"2024/25 mövsümündə I Liqada çıxış etmək uğrunda bu mövsüm I Liqada 9-cu yeri tutmuş klubla II Liqada 2-ci olmuş klub arasında keçirilməli olan pley-off qarşılaşmaları ilə bağlı müəyyən hüquqi məsələlərin həllindən sonra yekun qərar veriləcək.

Bununla bağlı ətraflı məlumat açıqlanacaq. 2024/25 mövsümündə II Liqada çıxış etmək üçün bu mövsüm II  Liqada 13-cü yeri tutan komanda ilə AFFA Region Liqasının finalçısı pley-off matçları isə əvvəlcədən nəzərdə tutulduğu kimi 29 may və 05 iyun tarixlərində oynanılacaq".
 

Xatırladaq ki, I Liqada 9-cu yeri "Difai Ağsu", II Liqada 2-ci yeri isə "Cəbrayıl" tutub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi