Modern.az

Qadın güləşçimiz gümüş medal qazandı 

Qadın güləşçimiz gümüş medal qazandı 

İdman

24 May 2024, 18:38

Azərbaycanın qadın güləşçisi Elnurə Məmmədova Bakıda keçirilən U-23 Avropa çempionatında final görüşünə çıxıb.

 

Modern.az xəbər verir ki, 53 kiloqram çəkidə mübarizə aparan idmançı həlledici qarşılaşmada ukraynalı Liliya Malançukla üz-üzə gəlib.

 

Rəqibinə məğlub olan E. Məmmədova gümüş medalla kifayətlənib.

 

Bu gün, həmçinin digər qadın güləşçilərdən Jalə Əliyeva (57 kiloqram) qızıl, Mərziyyə Sadıqova (72 kiloqram) isə bürünc medal uğrunda görüşə çıxacaq.

 

Qeyd edək ki, Avropa çempionatının ilk 4 günündə Azərbaycan ümumilikdə 9 medal qazanıb. Ziya Babaşov (63 kiloqram), Xasay Həsənli (77 kiloqram) və Qurban Qurbanov (82 kiloqram) qitə çempionu olublar. Nihad Quluzadə (60 kiloqram) gümüş, Rəşad Məmmədov (55 kiloqram), Ruslan Nurullayev (72 kiloqram), Laçın Vəliyev (87 kiloqram), Murad Əhmədiyev (97 kiloqram) və Ruzanna Məmmədova (59 kiloqram) isə bürünc medala yiyələniblər.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi