Modern.az

Azərbaycan Premyer Liqasında mövsümə yekun vuruldu

Azərbaycan Premyer Liqasında mövsümə yekun vuruldu

İdman

26 May 2024, 22:31

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2023-2024-cü illər mövsümünə yekun vurulub.

 

Modern.az xəbər verir ki, turun son oyununda "Araz-Naxçıvan" və "Qarabağ" komandaları üz-üzə gəlib. "Azərsun Arena"da baş tutan qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

 

Günün ilk matçında "Turan Tovuz" doğma meydanda "Kəpəz"i məğlub edib - 1:0.

 

Turun digər oyunlarında "Sabah" "Neftçi"yə, "Zirə" "Səbail"ə, "Sumqayıt" isə "Qəbələ"yə 1:0 hesabı ilə qalib gəlib.

 

Bununla da "Qarabağ" 11-ci çempionluqla mövsümü birinci yerdə başa vurub. "Zirə" ikinci pilləni tutaraq Avropa Liqasına vəsiqə qazanıb. "Sabah" üçüncü, "Sumqayıt" isə dördüncü olaraq Konfrans Liqasında mübarizə aparacaqlar.

 

"Qəbələ" komandası isə sonucu yerin sahibi kimi növbəti mövsüm I Liqada çıxış edəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Aztv-nin kamerası Ermənistan tırlarını görüntülədi- Sərhədə nə daşınır?