Modern.az

Gimnastlarımız olimpiadaya lisenziya qazandılar

Gimnastlarımız olimpiadaya lisenziya qazandılar

İdman

26 May 2024, 09:35

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.

 

Modern.az xəbər verir ki, yığmamız Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında buna nail olub.

 

Ləman Əlimuradova, Kamilə Əliyeva, Yelizaveta Luzan, Güllü Ağalarzadə və Darya Sorokinadan ibarət kollektiv çoxnövçülükdə uğurlu çıxış edib.

 

Yığmamız 5 halqa ilə çıxışında 36,750, üç lent və iki topla çıxışda isə 33,150 xal toplayıb. Yekunda 70,200 bal yığan komandamız olimpiadaya vəsiqə qazanıb.

 

Qrup hərəkətləri komandası hər iki növdə Avropa çempionatının final mərhələsində mübarizə aparacaq.

 

Qeyd edək ki, bədii gimnastlarımızdan Zöhrə Ağamirova da fərdi yarışlarda Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Aztv-nin kamerası Ermənistan tırlarını görüntülədi- Sərhədə nə daşınır?