Modern.az

Keniyalı idmançıdan dünya rekordu

Keniyalı idmançıdan dünya rekordu

İdman

26 May 2024, 10:11

Keniyalı idmançı Beatris Çebet 10 min metr məsafəyə qaçışda dünya rekordu qırıb.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, Çebet Yujin şəhərində (ABŞ, Oreqon) keçirilən yarışlarda yeni dünya rekordu müəyyənləşdirib.

 

Keniyalı idmançı yarışda 10 000 m məsafəni 28 dəqiqə 54,14 saniyəyə başa vuraraq 10 km məsafəni 29 dəqiqəyə qaçan ilk idmançı oldu.

 

Bundan əvvəlki dünya rekordu efiopiyalı Letesenbet Gideyə məxsus olub və 2021-ci ildə (29 dəqiqə 01,03 saniyə) müəyyən edilib.

 

Beatris Çebetin 24 yaşı var. O, 5 000 metr məsafəyə qaçış üzrə dünya çempionatının gümüş (2022-ci il) və bürünc (2023-cü il) mükafatçısıdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Aztv-nin kamerası Ermənistan tırlarını görüntülədi- Sərhədə nə daşınır?