Modern.az

“Turan Tovuz” “Kəpəz”i məğlub etdi 

“Turan Tovuz” “Kəpəz”i məğlub etdi 

İdman

26 May 2024, 19:17

Azərbaycan Premyer Liqasında mövsümün son turunun növbəti oyunu keçirilib.

 

Modern.az xəbər verir ki, "Turan Tovuz" doğma meydanda "Kəpəz"i qəbul edib. Görüş ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Matçda yeganə qolu 74-cü dəqiqədə Otto Con vurub.

 

Bu nəticədən sonra xallarını 48-ə çatdıran "Turan Tovuz" mövsümü altıncı pillədə bitirib. "Kəpəz" isə 35 xalla səkkizinci yerdə qalıb.

 

Azərbaycan Premyer Liqasının bu mövsümünə bu gün saat 19:30-da başlayacaq "Araz-Naxçıvan" - "Qarabağ" görüşü ilə yekun vurulacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Aztv-nin kamerası Ermənistan tırlarını görüntülədi- Sərhədə nə daşınır?