Modern.az

"Qalatasaray" 24-cü dəfə ölkə çempionu oldu 

İdman

26 May 2024, 22:16

Futbol üzrə Türkiyə Superliqasında 2023-2024-cü illər mövsümünə yekun vurulub.

 

Modern.az xəbər verir ki, lider "Qalatasaray" səfərdə "Konyaspor"la qarşılaşıb. Rəqibinə 3:1 hesabı ilə qalib gələn İstanbul nəhəngi 102 xalla tarixində 24-cü dəfə ölkə çempionu olub.

 

Son turda "Ankaragücü"nü 6:0 hesabı ilə məğlub edən "Fənərbağça" isə 99 xalla mövsümü ikinci pillədə bitirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Aztv-nin kamerası Ermənistan tırlarını görüntülədi- Sərhədə nə daşınır?