Modern.az

İdmançılarımız Avropa çempionatını 11 medalla başa vurdular

İdmançılarımız Avropa çempionatını 11 medalla başa vurdular

İdman

27 May 2024, 13:06

Azərbaycanın sumo üzrə milli komandaları Yunanıstanın Lutraki şəhərində keçirilmiş Avropa çempionatında uğurla çıxış ediblər.

 

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, 21 yaşlılar arasında Abdullah Şərif (85 kiloqram) qızıl, Cavidan Nəhmətov (77 kiloqram) və Fərid Əhmədov (92 kiloqram) isə bürünc medala sahib olublar.

 

U-23 yaş kateqoriyası üzrə Abdullah Şərif (85 kiloqram) gümüş, Xasay Yusif (115 kiloqram və mütləq çəki) 2 bürünc medal əldə edib.

 

Digər idmançılardan Cavidan Nəhmətov (77 kiloqram) və Məhəmməd Əliyev (70 kiloqram) bürünc medala layiq görülüblər.

 

Böyüklər arasında Çingiz Səmədov (100 kiloqram) gümüş, Abdullah Şərif (85 kiloqram) və Rəsul Məmmədzadə (77 kiloqram) bürünc medal qazanıblar. Bu nəticə ilə böyüklərdən ibarət yığma komanda hesabında üçüncü olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi