Modern.az

Bu gün millimizin rəqibləri bəlli olacaq

Bu gün millimizin rəqibləri bəlli olacaq

30 May 2024, 09:28

Bu gün futzal üzrə Azərbaycan millisinin final mərhələsi 2026-cı ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olacaq.

 

Modern.az-ın məlumatına görə, püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:15-də start götürəcək.

 

Tədbirdə yığmanın meneceri Fərrux Hüseyzadə iştirak edəcək.

 

Azərbaycan millisi III səbətdə yer alacaq. 40 komanda (6 milli – Andorra, Avstriya, Bolqarıstan, Kipr, Malta və İsveçrə ilkin mərhələdən vəsiqə qazanıb) hər birində 4 iştirakçı olmaqla 10 qrupa bölünəcək.

 

Oyunlar ev-səfər prinsipi ilə keçiriləcək. Qrup qalibləri birbaşa, ən yaxşı göstəriciyə malik 8 qrup ikincisi isə pley-off (ev-səfər) oyunlarında üz-üzə gələcəklər. İki matçın yekununda üstün olan tərəf həlledici mərhələdə oynamaq hüququ əldə edəcək.

 

Final mərhələsində bu iştirakçılara meydan sahibləri – Latviya və Litva da qoşulacaq və 16 milli AVRO-2026-da çempion olmaq uğrunda mübarizəyə başlayacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI