Modern.az

Millimiz yoldaşlıq oyununa çıxır

Millimiz yoldaşlıq oyununa çıxır

İdman

7 İyun 2024, 09:22

Bu gün futbol üzrə Azərbaycan millisi beynəlxalq yoldaşlıq oyunu keçirəcək.

 

Modern.az-ın məlumatına görə, yığma Macarıstanda Albaniya kollektivi ilə üz-üzə gələcək.

 

“Haladas SportKomplexum”dakı qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

 

Görüşü macar Mihay Kaprali idarə edəcək.

 

Qeyd edək ki, Azərbaycan millisi iyunun 11-də eyni məkanda Qazaxıstan ilə qarşılaşacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI