Modern.az

Avro-2024: Niderland millisi darmadağınla 1/4 finalda

Avro-2024: Niderland millisi darmadağınla 1/4 finalda

İdman

2 İyul 2024, 22:14

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında 1/4 finalın daha bir iştirakçısı bəlli olub.

 

Modern.az xəbər verir ki, 1/8 finalda Rumıniya yığmasına 3:0 hesabı ilə qalib gələn Niderland millisi növbəti raunda vəsiqə qazanıb.

 

Matçda hesab 20-ci dəqiqədə açılıb. "Narıncılar"ın heyətində Kodi Qakpo fərqlənib. Görüşdə digər qolları isə 83 və 90+3-cü dəqiqələrdə Daniel Malen vurub.

 

Niderland millisi 1/4 finalda Avstriya-Türkiyə cütünün qalibi ilə qarşılaşacaq.

 

Qeyd edək ki, daha əvvəl Almaniya, İsveçrə, İngiltərə, İspaniya, Fransa və Portuqaliya kollektivləri 1/4 finala adlayıblar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya qərar verdi: “Ərdoğan vasitəçi olmayacaq”