Modern.az

4 yunan-Roma güləşçimiz mübarizəyə başlayır

4 yunan-Roma güləşçimiz mübarizəyə başlayır

9 İyun 2024, 11:58

Bu gün Azərbaycanın daha 4 yunan-Roma güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən reytinq turnirində mübarizəyə qoşulacaq.

 

Modern.az-ın məlumatına görə, yarışın son günündə Eldəniz Əzizli (55 kq), Həsrət Cəfərov, Ülvi Qənizadə (hər ikisi 72 kq) və Sənan Süleymanov (77 kq) döşək üzərinə çıxacaq.

 

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Maqomedxan Maqomedov (97 kq) gümüş, Hacı Əliyev (65 kq) isə bürünc medal qazanıb. Murad Məmmədov (63 kq) isə yunan-Roma güləşçilərinin mübarizəsində qızıl medala sahib çıxıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI