Modern.az

İki güləşçimiz reytinq turnirində qızıl medal qazandı

İki güləşçimiz reytinq turnirində qızıl medal qazandı

İdman

9 İyun 2024, 21:40

Azərbaycanın iki yunan-Roma güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən reytinq turnirində qızıl medal qazanıb.

 

Modern.az xəbər verir ki, yarışın sonuncu günündə Eldəniz Əzizli (55 kiloqram) finalda braziliyalı Marat Qaripovla qarşılaşıb. Rəqibinə tam üstünlüklə (9:0) qalib gələn idmançı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 

Həsrət Cəfərov (72 kiloqram) isə həlledici mərhələdə misirli Mustafa Alameldini 5:2 hesabı ilə məğlub edərək çempion tituluna yiyələnib.

 

Sənan Süleymanov (77 kiloqram) isə yarımfinalda yaponiyalı Nao Kusakaya yenilib - 1:2.

 

Qeyd edək ki, daha əvvəl Azərbaycanın sərbəst güləşçilərindən Maqomedxan Maqomedov (97 kiloqram) gümüş, Hacı Əliyev (65 kiloqram) isə bürünc mükafat qazanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI