Modern.az

Qurban Qurbanovun rekordunu təzələdi 

Qurban Qurbanovun rekordunu təzələdi 

11 İyun 2024, 20:21

"Neftçi"nin kapitanı Emin Mahmudov Qurban Qurbanovun Azərbaycan millisindəki qol rekordunu təkrarlayıb.

 

Modern.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi buna Qazaxıstana qarşı yoldaşlıq matçında fərqlənməklə nail olub.

 

51-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirən oyunçu yığmadakı qollarının sayını 14-ə çatdırıb. O, daha bir dəfə fərqlənsə milli komandanın bombardiri olacaq.

 

Qeyd edək ki, hazırda Azərbaycan - Qazaxıstan matçında ikinci hissə oynanılır və hesab bərabərdir - 2:2.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi