Modern.az

Azərbaycan millisi Qazaxıstana qalib gəldi

Azərbaycan millisi Qazaxıstana qalib gəldi

11 İyun 2024, 20:47

Futbol üzrə Azərbaycan millisi Qazaxıstan yığması ilə beynəlxalq yoldaşlıq oyunu keçirib.

 

Modern.az xəbər verir ki, qarşılaşma Macarıstanın Sombatxey şəhərində oynanılıb.

 

“Haladaş” İdman Kompleksinin stadionunda reallaşan görüş yığmamızın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Millinin heyətində qolları Mahir Emreli, Emin Mahmudov və Toral Bayramov vurublar. Rəqibin heyətində isə Yan Voroqovski və Maksim Samorodov fərqləniblər.

 

Qeyd edək ki, Azərbaycan millisi iyunun 7-də keçirilmiş yoldaşlıq oyununda Albaniya seçməsinə 1:3 hesabı ilə məğlub olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi