Modern.az

Azərbaycanlı futbolçunun ölüm səbəbi məlum oldu - YENİLƏNİB

Azərbaycanlı futbolçunun ölüm səbəbi məlum oldu - YENİLƏNİB

11 İyun 2024, 23:12

"Sabah" futbol klubunun gənc oyunçusu Amid Alxasov faciəvi şəkildə vəfat edib.

 

Modern.az AZƏRTAC-a istinadən xəbər verir ki, gənc futbolçu çayda çimərkən boğulub.

 

Faciəvi hadisə Qusar rayonunda baş verib.

 

Qeyd edək ki, mərhum futbolçu son mövsümü icarə əsasında "Səbail"in U-19 komandasında keçirib.

 

***

21:23

Ötən mövsümü icarə əsasında “Səbail” PFK-nın U-19 komandasında keçirmiş Amid Alxasov faciəvi şəkildə dünyasını dəyişib.

 

Modern.az xəbər verir ki, bu barədə klubun rəsmi səhifəsində məlumat paylaşılıb.

 

“Amid Alxasovun vaxtsız vəfatı ilə əlaqədar doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı veririk” , - paylaşımda qeyd olunub

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi