Modern.az

Məşhur məşqçi “Turan Tovuz”a GƏTİRİLDİ

Məşhur məşqçi “Turan Tovuz”a GƏTİRİLDİ

İdman

12 İyun 2024, 11:00

“Turan Tovuz”un yeni baş məşqçisi müəyyənləşib.

Modern.az xəbər verir ki, matc.az-ın məlumatına görə, mövsüm başa çatınca Ayxan Abbasovla yolları ayıran Qərb təmsilçisi onun yerinə əcnəbi mütəxəssis gətirib.

Belə ki, bölgə komandasının türkmənistanlı mütəxəssis Qurban Berdiyevlə danışıqları müsbət yekunlaşıb. 71 yaşlı çalışdırıcı bu məqsədlə 3 gün öncə Azərbaycana dəvət olunub.

1986-cı ildə məşqçiliyə başlayan Berdiyev karyerası ərzində “Taraz”, “Gənclərbirliyi”, “Kayrat”, “Rubin”, “Rostov”, “Traktor”, “Soçi” klublarını, həmçinin Türkmənistan yığmasını çalışdırıb. Onun son iş yeri bu il ayrıldığı Mahaçqala “Dinamo”su olub.

Berdiyevin əsas uğurları “Rubin”lə bağlıdı.

O, Kazan klubunda 2 dəfə Rusiya Premyer Liqası və Rusiya Superkubokunu, 1 dəfə isə Rusiya Kubokunu qazanıb.

Berdiyev gələn həftə Bakıya gələcək və tərəflər rəsmi müqaviləyə imza atacaqlar.

Qeyd edək ki, “Turan Tovuz” Azərbaycan Premyer Liqasının 2023/24 mövsümünü 6-cı pillədə başa çatdırıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Azərbaycandan Ermənistana çagırış-Bakıya gəlin!