Modern.az

Şahmatçımı dünya çempionatında üçüncü yeri tutub

Şahmatçımı dünya çempionatında üçüncü yeri tutub

13 İyun 2024, 11:46

Azərbaycan şahmatçısı Ayan Allahverdiyeva Hindistanın Qandinaqar şəhərində gənclər arasında keçirilən dünya çempionatında bürünc medal qazanıb.

 

Modern.az xəbər verir ki, 11 turdan sonra 8,5 xal toplayan iti zəka sahibi üçüncü yeri tutub. O, son turda belaruslu Kseniya Normana qalib gəlib.

 

Azərbaycanın digər təmsilçiləri Nərmin Abdinova və Səbinə Rzalı isə mükafatçılar sırasına düşə bilməyiblər.

 

Qeyd edək ki, İsveçrə sistemi ilə keçirilən yarışda 44 ölkədən 102 şahmatçı mübarizə aparıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında kritik görüş - Razılıq var