Modern.az

Avropa çempionatı başlayır - Almaniya Şotlandiyaya qarşı 

Avropa çempionatı başlayır - Almaniya Şotlandiyaya qarşı 

İdman

14 İyun 2024, 08:03

Bu gün futbol üzrə XVII Avropa çempionatına start veriləcək.

 

Modern.az xəbər verir ki, A qrupunun ilk matçında ev sahibi Almaniya millisi Şotlandiya ilə qarşılaşacaq.

 

Münhendəki "Allianz Arena"da baş tutacaq görüşü fransalı FIFA referisi Kleman Tyurpen idarə edəcək.

 

Oyunun start fiti saat 23:00-da səslənəcək.

 

Qeyd edək ki, bu qrupun digər qarşılaşması sabah, saat 17:00-da Macarıstan və İsveçrə yığmaları arasında gerçəkləşəcək.

 

AVRO-2024
A qrupu, I tur

14 iyun

23:00. Almaniya - Şotlandiya
Baş hakim: Kleman Tyurpen (Fransa).
Münhen, “Allianz Arena” stadionu.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Azərbaycanlı tələbə TRAMPIN vurulmasını lentə aldı