Modern.az

AVRO-2024: Almaniya Şotlandiyanı darmadağın etdi - YENİLƏNİB

AVRO-2024: Almaniya Şotlandiyanı darmadağın etdi - YENİLƏNİB

İdman

15 İyun 2024, 00:59

Avropa çempionatında Almaniya və Şotlandiya yığmaları arasında keçirilən matç başa çatıb.

 

Modern.azxəbər verir ki, Münxen şəhərində yerləşən "Alyants Arena"da oynanılan açılış görüşü almanların 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Almaniya millisinin qollarını 10-cu dəqiqədə Florian Virts,19-cu dəqiqədə Camal Musiala, 45+1-ci dəqiqədə Kai Haverts, 69-cu dəqiqədə Niklas Füllkruq və 90+3-cü dəqiqədə Emra Can vurublar.

 

Şotlandiyanın yeganə qoluna isə 87-ci dəqiqədə avtoqol müəllifi olan Antonio Rüdiger imza atıb.

 

Qeyd edək ki, qrupun digər oyunu bu gün Macarıstan və İsveçrə arasında olacaq. Görüş Bakı vaxt ilə saat 17:00-da start götürəcək.

 

***

23:01

Avropa çempionatında Almaniya və Şotlandiya yığmaları arasında keçirilən matç başlayıb.

 

Modern.az xəbər verir ki, Münhen şəhərində yerləşən "Alyants Arena"da oynanılan görüş Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

 

Matçı fransalı Kleman Trüpen idarə edir.

 

Matça komandalar aşağıdakı "11-liklər"lə çıxıblar:

 

Almaniya: Manuel Noyer, Kimmix, Rüdiger, Tah, Mittelştadt, Andriç, Toni Kroos, Camal Musiala, İlkay Gündoğan, Florian Virts, Haverts

 

Şotlandiya: Qun, Porteous, Hendri, Tierney, Ralston, MkTominay, MkQreqor, Robertson, McQinn, Adams, Kristie

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında kritik görüş - Razılıq var