Modern.az

Avropa çempionatında ən erkən qol 

Avropa çempionatında ən erkən qol 

15 İyun 2024, 23:55

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında turnirin ən erkən qolu vurulub.

 

Modern.az xəbər verir ki, bu rekorda Albaniya millisinin yarımmüdafiəçisi Nedim Bayrami imza atıb. O, B qrupunun ilk turunun İtaliya ilə oyununda matçın 23-cü saniyəsində fərqlənib. 

 

Qeyd edək ki, bunadək Avropa çempionatları tarixində ən erkən qol rekordu Rusiya millisinin sabiq üzvü Dmitri Kiriçenkoya məxsus idi. O, “Avro 2004”də Yunanıstanla matçın 68-ci saniyəsində rəqib qapısına yol tapmışdı.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada şok qərar-Bu şəxslər ölkədən qovulacaq