Modern.az

Sloveniya və Danimarka heç-heçə etdi 

Sloveniya və Danimarka heç-heçə etdi 

16 İyun 2024, 22:33

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında növbəti oyun keçirilib.

 

Modern.az xəbər verir ki, C qrupunda Sloveniya və Danimarka yığmaları üz-üzə gəlib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

 

Hesabı 17-ci dəqiqədə Danimarkanın heyətində Kristian Eriksen açıb. Sloveniyanın topunu isə 77-ci dəqiqədə Erik Yanza vurub.

 

C qrupunun ikinci oyunu İngiltərə və Serbiya arasında olacaq. Görüş 23:00-da başlayacaq.

 

Qeyd edək ki, Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında kritik görüş - Razılıq var