Modern.az

“Cəbrayıl” I Liqaya çıxdı - Cavid Hüseynov danışdı - VİDEO

“Cəbrayıl” I Liqaya çıxdı - Cavid Hüseynov danışdı - VİDEO

İdman

17 İyun 2024, 09:55

Azərbaycan futbol çempionatının I Liqasına vəsiqə uğrunda pley-off matçları yekunlaşıb.

Modern.az xəbər verir ki, II Liqada 2-ci yeri tutan "Cəbrayıl" klubu I Liqanı 10-cu yerdə başa vuran "Araz Saatlı" ilə hər iki oyunda qələbə qazanıb.

Belə ki, ev oyununda "Araz Saatlı"nı 2:0 hesabı ilə məğlub edən "Cəbrayıl" səfərdə də rəqibindən üstün olub 3:1.

Beləliklə, hər iki oyunu qələbə ilə başa vuran "Cəbrayıl" klubu növbəti mövsümdən ilk dəfə I Liqada çıxış edəcək.

Klubun baş məşçisi Cavid Hüseynov qələbə hisslərini belə ifadə edib:


“Cəbrayılın futbol tarixinə yeni bir şərəfli səhifə yazdıq.

Mövsüm boyu çəkdiyimiz əziyyətin bəhrəsini I Liqaya vəsiqə qazanmaqla gördük.

Çox çətinliklərimiz olsa da, ruhdan düşmədik. Əksinə, çox motivasiyalı idik və çalışdıq ki, Cəbrayıl adı həmişə yüksəklikdə olsun.

Şükür Allaha, biz bunu bacardıq və futbol elitasına bir addım da yaxınlaşdıq.

Cəbrayılın futbol tarixinin bir parçası olmaq çox gözəl bir hissdir.

Mövsüm boyu bizimlə olan futbolçulara, azarkeşlərə, bizə maddi və mənəvi dəstək olan hər bir şəxsə komandamız adından təşəkkür edirəm.

Növbəti hədəflərə doğru da birgə addımlayaq!”.
 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada şok qərar-Bu şəxslər ölkədən qovulacaq