Modern.az

Avropa Liqasında püşkatma - “Zirə”nin rəqibi 6 klubdan biri olacaq

Avropa Liqasında püşkatma - “Zirə”nin rəqibi 6 klubdan biri olacaq

17 İyun 2024, 15:09

Sabah - iyunun 18-də Avropa Liqasında 1-ci təsnifat mərhələsinin püşkü atılacaq.

Modern.az xəbər verir ki. püşkatmada Azərbaycanı bu yarışda təmsil edən "Zirə" klubun da rəqibi məlum olacaq.

Paytaxt klubunun potensial rəqibləri “Şerif” (Moldova), “Maribor” (Sloveniya), “Tobol” (Qazaxıstan), “Visla” (Polşa), “Pafos” (Kipr) və “Pakş”dır (Macarıstan). 

"Zirə" klubun baş məqşçisi Rəşad Sadıqov bu barədə danışıb:

"Biz püşkün nəticəsini səbirsizliklə gözləyirik. Allahdan bizə, "Qarabağ", "Sabah" və "Sumqayıt"a xeyirli rəqib diləyirəm. İnşallah, hər 4 komandamız mərhələ keçər, ən azı qruplara 2 komandamız qalar. Bu, Azərbaycan futbolunun inkişafı üçün bir təkan olar. Biz rəqib seçmirik, amma 6 potensial rəqibdən hansı xeyirlidirsə, o düşsün".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu