Modern.az

Cüdoçularımız Avropa Kubokunda birinci oldular

Cüdoçularımız Avropa Kubokunda birinci oldular

İdman

17 İyun 2024, 21:55

Azərbaycan cüdoçuları Sloveniyanın Podçetrtek şəhərində böyüklər arasında keçirilmiş Avropa Kubokunda medal əyarına görə ilk sırada yer alıblar.

 

Modern.az xəbər verir ki, milli komanda iki günün nəticəsinə əsasən, 4 qızıl, 1 gümüş və 3 bürünc medal qazanaraq kişilər arasında ümumi hesabda birinci yeri tutub. Qeyd edək ki, yarışda Nazir Talıbov (66 kiloqram), Nəriman Mirzəyev (73 kq), Məhərrəm İmamverdiyev (81 kiloqram) və İmran Yusifov (+100 kiloqram) qızıl, Kamran Süleymanov (73 kq ) gümüş, Rövşən Əliyev (60 kiloqram), Rəşad Yelkiyev (66 kiloqram) və Camal Feyziyev (+100 kiloqram) bürünc medal əldə ediblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ağadadaş Ağayevə cinayət işi AÇILDI- Xalq artisti danışdı