Modern.az

Fransanın Avro-2024-də ilk qələbəsi 

Fransanın Avro-2024-də ilk qələbəsi 

İdman

18 İyun 2024, 01:00

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında növbəti oyun keçirilib.

 

Modern.az xəbər verir ki, D qrupunun ikinci matçında turnirin favoritlərindən hesab olunan Fransa millisi Avstriya yığması ilə qarşılaşıb.

 

Görüşün taleyini bir qol həll edib. Maksimilian Vöberin 38-ci dəqiqədə öz qapısından keçirdiyi top fransızlara minimal hesablı qələbə qazandırıb.

 

Bu qrupun ilk oyununda Niderland millisi Polşanı 2:1 hesabı ilə məğlub edib.

 

Qeyd edək ki, Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada şok qərar-Bu şəxslər ölkədən qovulacaq