Modern.az

Yığmamız 12-ci yerdə qərarlaşıb

Yığmamız 12-ci yerdə qərarlaşıb

18 İyun 2024, 13:22

Basketbolun 3x3 növü üzrə Qadın seriyasının Klermon-Ferran mərhələsindən sonra yarışın ümumi cədvəli açıqlanıb.

Modern.az xəbər verir ki, arxada qalan 5 raundda 28 komanda iştirak edib.

Azərbaycan millisi 95 xalla 12-ci yerdə qərarlaşıb. Komandamız iki mərhələdə iştirak edib. Yığmamızın hesabına Qəbələdə 6-cı yer 45, Klermon-Ferrandakı 5-ci yer 50 xal gətirib.

 

“Baku Flames” isə 35 xalla 27-ci pillədə yer alıb. Yalnız Qəbələ mərhələsinə qatılan təmsilçimiz 8-ci yerin sahibi kimi 35 xal əldə edib.

Qeyd edək ki, siyahıya 250 xala malik Fransa başçılıq edir. “Üçrənglilər” qatıldığı 3 mərhələdən ikisində qalib olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında kritik görüş - Razılıq var