Modern.az

Portuqaliyadan möhtəşəm qələbə

Portuqaliyadan möhtəşəm qələbə

19 İyun 2024, 01:20

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında növbəti oyun keçirilib.

 

Modern.az xəbər verir ki, F qrupunun ikinci matçında Portuqaliya və Çexiya komandaları üz-üzə gəlib. Görüş portuqalların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Hesabı 62-ci dəqiqədə Lukas Provod açsa da, 7 dəqiqə sonra çexiyalıların heyətində Roben Hranak avtoqol müəllifi olub. Portuqaliya seçməsinə qələbə gətirən qolu isə 90+2-ci dəqiqədə Fransisko Konseysao vurub.

 

Qrupun ilk görüşündə Türkiyə yığması Gürcüstanı 3:1 hesabı ilə məğlub edib.

 

Qeyd edək ki, Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada şok qərar-Bu şəxslər ölkədən qovulacaq