Modern.az

Konfrans Liqası: “Sabah” və “Sumqayıt”ın rəqibləri müəyyənləşdi

Konfrans Liqası: “Sabah” və “Sumqayıt”ın rəqibləri müəyyənləşdi

İdman

19 İyun 2024, 20:44

UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin püşkü atılıb.

 

Modern.az xəbər verir ki, mərasimdə Azərbaycan təmsilçiləri “Sumqayıt” və “Sabah”ın da rəqibləri müəyyənləşib.

 

“Gənclik şəhəri” təmsilçisi bu mərhələdə Macarıstanın “Fehervar” komandası ilə qarşılaşacaq.

 

Bakı klubu isə İsrail təmsilçisi “Makkabi” (Hayfa) ilə üz-üzə gələcək. Samir Abasovun baş məşqçisi olduğu kollektiv ilk oyunu evdə, Krnoslav Renduliçin komandası isə səfərdə keçirəcək.

 

Qeyd edək ki, II təsnifat mərhələsinin görüşləri iyulun 25-də və avqustun 1-də oynanılacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu