Modern.az

Qadın güləşçimiz Kazanda qızıl medal qazandı 

Qadın güləşçimiz Kazanda qızıl medal qazandı 

İdman

19 İyun 2024, 22:38

Azərbaycanın qadın güləşçiləri Rusiyanın Kazan şəhərində keçirilən BRICS Oyunlarında uğurlu çıxış ediblər.

 

Azərbaycan Güləş Federasiyasından Modern.az-a verilən məlumata görə, bu gün qadın güləşi üzrə yarışın son günü olub. Oyunlara məşqçi Solmaz Adilovanın rəhbərliyi altında 4 idmançı ilə qatılan komandamızın 2 üzvü fəxri kürsüyə qalxıb. Elnurə Məmmədova (53 kiloqram) qızıl, Gültəkin Şirinova (55 kiloqram) isə bürünc medal qazanıb.

 

Qeyd edək ki, sabah yunan-Roma güləşi üzrə medalçılar müəyyənləşəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Azərbaycanlı tələbə TRAMPIN vurulmasını lentə aldı