Modern.az

Millimiz FİFA reytinqində İRƏLİLƏDİ

Millimiz FİFA reytinqində İRƏLİLƏDİ

20 İyun 2024, 12:10

FİFA milli komandaların yeni dünya reytinqini təqdim edib.

Modern.az xəbər verir ki, reytinq cədvəlinə 1860.14 xalla son dünya çempionu Argentina millisi liderlik edir.

Fransa 1837.47 xalla 2-ci, Belçika 1797.98 xalla 3-cüdür.  İlk "10-luq"da sonrakı yerləri Braziliya, İngiltərə, Portuqaliya, Niderland, İspaniya, Xorvatiya və İtaliya tutur.

1179.88 xala malik olan Azərbaycan millisi 111-ci sıradadır. Komandamız bir pillə irəliləyib.

Ermənistan 96-cı yerdə qərarlaşıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu