Modern.az

“Araz-Naxçıvan”ın yeni transferi

“Araz-Naxçıvan”ın yeni transferi

İdman

20 İyun 2024, 18:45

“Araz-Naxçıvan” komandası növbəti transferini reallaşdırıb.

 

Modern.az xəbər verir ki, bu barədə klubdan bildirilib.

 

Məlumata görə, Naxçıvan təmsilçisi Turan Vəlizadə ilə müqavilə imzalayıb. Yarımmüdafiəçi qarşıdakı 1 il ərzində “qırmızı-ağlar”ın heyətində yer alacaq.

 

23 yaşlı futbolçu “Neftçi”, “Keşlə”, “Şamaxı” və “Turan Tovuz” komandalarının formasını geyinib. O, karyerası ərzində 19 və 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin uğurları üçün də çalışıb.

 

Qeyd edək ki, heyəti komplektləşdirməyə çalışan “Araz-Naxçıvan” Kristian Avram, Vadim Abdullayev, Nunu Rodriges, İqor Ribeyro, Miço Kuzmanoviç, Vanderson Melo, Elçin Mustafayev, Ramin Nəsirli, Tərlan Əhmədli, Urfan Abbasov, Ömər Buludov və Ülvü İsgəndərovla da müqavilə bağlayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında kritik görüş - Razılıq var