Modern.az

AVRO 2024: Avstriya yığması inamlı qələbə qazanıb

AVRO 2024: Avstriya yığması inamlı qələbə qazanıb

İdman

21 İyun 2024, 22:03

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında qrup mərhələsinin II turunda növbəti oyun keçirilib.

 

Modern.az xəbər verir ki, D qrupunun ilk matçında Polşa və Avstriya yığmaları üz-üzə gəliblər. Görüş avstriyalıların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Avstriyanın heyətində qolları Gernot Trauner, Kristof Baumqartner və Marko Arnautoviç vurub. Polşada isə Kjiştof Piatek fərqlənib.

 

Qrupun digər görüşündə isə Niderland və Fransa komandaları meydana çıxacaqlar. Oyun 23:00-da start götürəcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında kritik görüş - Razılıq var