Modern.az

Niderland - Fransa oyunu qolsuz başa çatdı

Niderland - Fransa oyunu qolsuz başa çatdı

İdman

22 İyun 2024, 00:59

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında qrup mərhələsinin II turunda növbəti oyun keçirilib.

 

Modern.az xəbər verir ki, D qrupunun ikinci matçında Niderland və Fransa yığmaları üz-üzə gəliblər.

 

Görüş qolsuz heç-heçə ilə başa çatıb. Qrupun digər oyununda isə Avstriya Polşanı 3:1 hesabı ilə məğlub edib.

 

Hazırda Fransa seçməsi 4 xalla turnir cədvəlinə başçılıq edir. Eyni xala malik Niderland isə ikinci pillədə qərarlaşıb. Qeyd edək ki, Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında kritik görüş - Razılıq var