Modern.az

Pelenin anası öldü

Pelenin anası öldü

22 İyun 2024, 16:28

Futbol üzrə üçqat dünya çempionu, braziliyalı hücumçu Pelenin anası Selest Arantis 101 yaşında dünyasını dəyişib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Arantisin bu cümə günü Santosda öldüyü bildirilir.

O, bir həftədən çox xəstəxanada idi.

Futbol kralı Pelenin karyerasının böyük hissəsini keçirdiyi Braziliyanın “Santos” klubu Arantisin ölümü ilə bağlı rəsmi açıqlama yayıb.
 

“Ailəsi üçün həyatda sonsuz çətinliklərlə üzləşən qaradərili qadının 101 illik ruhlandırıcı həyat hekayəsi var idi. Rahat yat, Kraliça. Santos əhalisinin hərarəti, heyranlığı və minnətdarlığı əbədidir”, - klubun bəyanatında deyilir.

Xatırladaq ki, Pele (əsl adı: Edson Arantis do Nasimento) 2022-ci il dekabrın 29-da 82 yaşında vəfat edib. Üç dəfə (1958, 1962, 1970) Dünya Kubokunu qazanan yeganə oyunçudur. İdman mediasına görə, Pele dəfələrlə 20-ci əsrin ən yaxşı futbolçusu kimi tanınıb və əsrin müxtəlif simvolik komandalarına daxil edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada şok qərar-Bu şəxslər ölkədən qovulacaq