Modern.az

"Everton"un yeni transferi

İdman

22 İyun 2024, 18:33

İngiltərənin “Everton” komandası heyətini yeni futbolçu ilə gücləndirib.

 

Modern.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Liverpul təmsilçisi “Aston Villa”dan 21 yaşlı mərkəz yarımmüdafiəçisi Tim İroqbunamı transfer edib. Onunla üçillik müqavilə imzalanıb.

 

“Everton”un bu keçid üçün qarşı tərəfə 9 milyon funt-sterlinq ödədiyi bildirilib.

 

Qeyd edək ki, Tim İroqbunam ötən mövsüm “Aston Villa”nın heyətində Premyer Liqada 9 oyunda iştirak edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI