Modern.az

AVRO-2024: Portuqaliyadan Türkiyəyə 3 cavabsız QOL

AVRO-2024: Portuqaliyadan Türkiyəyə 3 cavabsız QOL

İdman

22 İyun 2024, 21:59

Almaniyada keçirilən Avropa çempionatının F qrupunun ikinci turunda Türkiyə və Portuqaliya yığmaları arasındakı oyun başa çatıb.

 

Modern.az xəbər verir ki, görüş Portuqaliya seçməsinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Hesabı 22-ci dəqiqədə Bernardo Silva açıb. Samet Akaydın 29-cu dəqiqədə avtoqol müəllifi olaraq fərqi iki topa çatdırıb. Matçın yekun nəticəsini 56-cı dəqiqədə Bruno Fernandeş müəyyənləşdirib.

 

Bu nəticədən sonra xallarını 6-ya çatdıran Portuqaliya millisi 1/8 finala yüksəlib. Türkiyə isə 3 xalla ikinci pillədə qalıb.

 

Qrupun ilk oyununda Gürcüstan və Çexiya yığmaları 1:1 hesablı heç-heçə edib

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI