Modern.az

B qrupunun oyunlarına yekun vurulur

B qrupunun oyunlarına yekun vurulur

İdman

24 İyun 2024, 07:58

Almaniyada təşkil olunan Avropa çempionatının qrup mərhələsində III turun növbəti görüşləri keçiriləcək.

 

Modern.az xəbər verir ki, bu gün B qrupunda mübarizəyə yekun vuruluacaq.

 

Düsseldorfda Albaniya 1/8 finalı özü üçün təmin edən İspaniya ilə qarşılaşacaq. Ötən tur Xorvatiya ilə heç-heçə edən albaniyalılar sürprizə ümid edir.

 

Gecənin digər oyunu isə Leyptsiq şəhərində gerçəkləşəcək. Ötən tur İspaniyaya məğlub olan İtaliya Xorvatiyanın müqavimətini qırmağa çalışacaq. Qələbə Luçano Spalettinin komandasını növbəti tura daşıyacaq.

 

Hər iki matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

 

1

İspaniya

2

2

0

0

4-0

6

2

İtaliya

2

1

0

1

2-2

3

3

Albaniya

2

0

1

1

3-4

1

4

Xorvatiya

2

0

1

1

2-5

1

 

24 iyul

AVRO-2024

B qrupu, III tur

23:00. Albaniya - İspaniya

Baş hakim: Qlenn Nyuberq (İsveç).

Düsseldorf, "Esprit Arena".

23:00. Xorvatiya - İtaliya

Baş hakim: Denni Makkeli (Niderland).

Leyptsiq, "Red Bull Arena".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Şok faktlar - Görün Nəcməddin Sadıkov 29 min pulla nə edib?