Modern.az

“Neftçi” klubunda yeni təyinat - Türkiyəli mütəxəssis gəldi

“Neftçi” klubunda yeni təyinat - Türkiyəli mütəxəssis gəldi

25 İyun 2024, 10:50

“Neftçi” klubunda yeni təyinat olub.

Modern.az xəbər verir ki, klubun mətbuat xidmətinin məlumatına görə, baş icraçı direktoru postu türkiyəli funksioner Cenk Sümerə tapşırılıb.

Həm idman, həm menecment sahələrində zəngin təcrübəyə malik Sümer “Neftçi”də əsasən strateji idarəetmə ilə məşğul olacaq. İdarəetmə sisteminin təkmilləşdirilməsi, başlamış islahatların sürətləndirilməsi, klubun strukturunun optimallaşdırılması mütəxəssisin qarşısına qoyulan tapşırıqlardandır. Türkiyəli mütəxəssis Doğu Akdeniz Universitetində Biznesin idarəedilməsi fakültəsində dosent, Marmara Universitetində İnsan resurslarının idarəedilməsi və inkişafı üzrə magistr təhsili alıb.

Qeyd edək ki, Sümerə qədər bu vəzifəni Fərrux Mahmudov tuturdu.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Azərbaycanlı tələbə TRAMPIN vurulmasını lentə aldı