Modern.az

Avro-2024: daha 3 komanda 1/8 finala adladı

Avro-2024: daha 3 komanda 1/8 finala adladı

İdman

26 İyun 2024, 22:39
           

 

 

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatının E qrupunda mübarizəyə yekun vurulub.

 

Modern.az xəbər verir ki, Rumıniya millisi Slovakiya ilə, Belçika yığması Ukrayna ilə qarşılaşıb. Hər iki görüşdə qalib müəyyənləşməyib.

 

Slovakiya-Rumıniya matçında 1:1 hesabı qeydə alınıb. Ukrayna-Belçika qarşılaşmasında isə qapılara qol vurulmayıb.

 

Bu nəticələrdən sonra dörd komandanın hər biri qrupu 4 xalla başa vurub. Şəxsi göstəricilərə əsasən, Rumıniya lider, Belçika qrup ikincisi, Slovakiya isə ən yaxşı qrup üçüncülərindən biri kimi 1/8 finala yüksəlib.

 

Qeyd edək ki, daha əvvəl Almaniya, İsveçrə, İspaniya, İtaliya, Avstriya, Fransa, Niderland, İngiltərə və Danimarka milli komandaları 1/8 finala vəsiqə əldə ediblər.

Twitter
Sizə yeni tvit var
Keçid et
Milli Məclis BURAXILDI - Xəbəriniz Var?