Bu gün Avro-2024-də qrup mərhələsində 3-cü tura yekun vurulacaq.
Modern.az xəbər verir ki, iki qrupda 4 matç oynanılacaq.
E qrupunda Slovakiya – Rumıniya, Ukrayna – Belçika oyunları baş tutacaq.
F qrupunda Gürcüstan – Portuqaliya, Çexiya – Türkiyə matçları diqqət mərkəzində olacaq. Bu qrupda artıq Portuqaliya millisi (6 xal) 1/8 finala vəsiqəni təmin edib. Türkiyə 3 xalla 2-ci, Çexiya 1 xalla 3-cü, eyni xalı olan Gürcüstan sonuncudur. Pley-offa yüksəlmək üçün bugünkü oyunda Türkiyəyə heç-heçə də kifayət edir.
26 iyun
E qrupu: 20:00. Slovakiya – Rumıniya (Frankfurt)
E qrupu: 20:00. Ukrayna – Belçika (Ştutqart)
F qrupu: 23:00. Gürcüstan – Portuqaliya (Helzenkirhen)
F qrupu: 23:00. Çexiya – Türkiyə (Hamburq)